...

Rusiyalı gimnast: Yayda Bakını çox görmək istəyirəm

İdman Materials 18 Fevral 2017 18:53 (UTC +04:00)
Bakının yayda yarış qəbul etməsini gözləyirəm, çünki yayda bu şəhəri çox görmək istəyirəm.
Rusiyalı gimnast: Yayda Bakını çox görmək istəyirəm

Bakı. Trend:

Bakının yayda yarış qəbul etməsini gözləyirəm, çünki yayda bu şəhəri çox görmək istəyirəm. Bunu Trend-ə rusiyalı batutçu Mixail Melnik deyib.

O, öz çıxışını kafi qiymətləndirib: “Hər şeyi istədiyim kimi yerinə yetirmək alınmadı. Fikrimcə, bunun səbəbi həyəcandır. Bundan başqa, uzun müddət idi ki, yarışlar yox idi. Mən sonuncu dəfə 2016-cı ilin yayında yarışda iştirak etmişəm. Ona görə çox həyəcanlanırdım. Amma əsas odur ki, mən finala çıxa bildim, orada vəziyyəti düzəltməyə çalışacam və medala ümid edirəm. Bundan başqa axşamkı sinxron çıxışlara da köklənmək lazımdır”.

O qeyd edib ki, Milli Gimnastika Arenasında əla mühit var. “Dünən biz yeni işıqlara öyrəşməyə çalışırdıq, bu gün isə heç bir problem yoxdur. Biz bir neçə dəfə şouda iştirak etmişik, tamaşaçıları bu cəlb edir. Mən Bakıya üçüncü dəfə gəlirəm. Bura mənim çox xoşuma gəlir. Bakının yayda yarış qəbul etməsini gözləyirəm, çünki yayda bu şəhəri çox görmək istəyirəm”.

Qeyd edək Kİ. M.Melnik batut gimnastikası üzrə yarışlarda üçüncü nəticə ilə finala çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti