...

Afrika Gimnastika İttifaqının prezidenti: İslamiadanın Bakıda keçirilməsi bu oyunlara yeni impuls verir

İdman Materials 6 May 2017 17:13 (UTC +04:00)
Bakıda İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bu oyunlara yeni impuls verir.
Afrika Gimnastika İttifaqının prezidenti: İslamiadanın Bakıda keçirilməsi bu oyunlara yeni impuls verir

Bakı. Ləman Zeynalova - Trend:

İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi bu oyunlara yeni impuls verir.

Trend-in məlumatına görə, bunu Afrika Gimnastika İttifaqının prezidenti Ali Zaater Beynəlxalq Gimnastika Federasiyasının Bakıda keçirilən İllik Müşavirəsi çərçivəsində deyib: "İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi bu yarışların əhəmiyyətini və populyarlığını artırır".

A.Zaater qeyd edib ki, Azərbaycan gimnastikanın inkişafı üçün çox işlər görür, gimnastika və digər idman növləri üzrə müxtəlif yarışları uğurla təşkil edir: "Azərbaycan bütün idman növlərinin inkişafı istiqamətində göstərdiyi cəhdlərə görə dünyada yaxşı tanınır. Belə ki, Azərbaycan İlk Avropa Oyunlarını keçirdi. İndi isə İslam Həmrəyliyi Oyunlarını keçirməklə idmanın inkişafına öz böyük töhfəsini verir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti