...

Bakı məktəblilərindən möhtəşəm qələbə (FOTO)

İdman Materials 7 İyun 2017 10:04 (UTC +04:00)
Paytaxt məktəbliləri Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər.
Bakı məktəblilərindən möhtəşəm qələbə (FOTO)

Bakı. Trend:

Paytaxt məktəbliləri Gürcüstanın Tbilisi şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu nəticələr əldə ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, kikboksinq idman növü üzrə təşkil olunan Gürcüstan Beynəlxalq Açıq Dünya Çempionatında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə təhsil alan şagirdlərdən 10-u I, 6-sı II, 3-ü III yerə layiq görülüb.

Yarışda I yerə sahib çıxan azərbaycanlı məktəblilərdən 3-ü Ermənistandan, 7-si Gürcüstandan olan həmyaşıdları üzərində qələbə qazanıb.

Turnirdə, həmçinin, Ankara liseyinin 1 şagirdi II, A.S.Makarenko adına humanitar fənlər təmayüllü respublika gimnaziyasının 1 yetirməsi III yerə layiq görülüb. Qaliblər müvafiq kəmər və diplomla təltif olunublar. Turnirdə Azərbaycandan 36 məktəbli iştirak edib.

Yarışda Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan və Ermənistandan olan idmançılar mübarizə aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti