Bakı. Trend:
Rusiyanın "Anji" futbol klubu Azərbaycanın "Sumqayıt" komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, oyun Türkiyədə təlim-məşq toplanışı çərçivəsində baş tutacaq.
"Anji" 20 turdan sonra Rusiya çempionatında 19 xalla 15-ci pillədə qərarlaşıb. "Sumqayıt" 14 turdan sonra 20 xalla 4-cü yerdədir.