...

FIG: Azərbaycanda bədii gimnastika məşqçilərinin səviyyəsi son illərdə sürətlə artıb (FOTO)

İdman Materials 9 Yanvar 2018 11:59 (UTC +04:00)
Azərbaycanda məşqçilik səviyyəsi, xüsusilə də bədii gimnastikada son illərdə sürətlə artıb.
FIG: Azərbaycanda bədii gimnastika məşqçilərinin səviyyəsi son illərdə sürətlə artıb (FOTO)

Bakı. Ənvər Məmmədov – Trend:

Azərbaycanda məşqçilik səviyyəsi, xüsusilə də bədii gimnastikada son illərdə sürətlə artıb.

Bunu Trend-ə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) eksperti, məşqçilik kurslarının rəhbəri Hardi Fink deyib.

O vurğulayıb ki, son 10 il ərzində Azərbaycan bədii gimnastikada öncül ölkələr sırasına daxil olub:

“Ölkədə bədii gimnastikanın inkişafı üçün digər ölkələrdə belə olmayan şərait yaradılıb. Mən digər ölkələrdə bu qədər gimnastika xalçası, gimnastlar üçün lazımi idman avadanlığı görməmişəm”.

Kurslar barədə danışan H.Fink qeyd edib ki, bu kurslar məşqçilərə idmançıların anatomiyasını və fiziologiyasını daha yaxşı başa düşməyə, məşqlərin ilkin mərhələlərində yarana biləcək səhvlərin qarşısını almağa kömək edəcək.

Qeyd edək ki, ötən gün Bakıda FIG Akademiyasının ekspertləri tərəfindən yerli məşqçilər üçün təşkil olunmuş üçüncü (yüksək) dərəcəli məşqçilik kursları başlayıb. Yanvarın 15-dək davam edəcək kurslarda Azərbaycan, Rusiya, Ukrayna və Bolqarıstandan 22 məşqçi iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti