...

Biznes-liqa Yaz kubokununun püşkatma mərasimi keçiriləcək

İdman Materials 29 Mart 2018 13:41 (UTC +04:00)
30 mart saat 19:00-da Pullman Baku otelində ABL Cup 2017/18 turnirinin Yaz kubokunun qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Biznes-liqa Yaz kubokununun püşkatma mərasimi keçiriləcək

Bakı. Trend:

30 mart saat 19:00-da Pullman Baku otelində ABL Cup 2017/18 turnirinin Yaz kubokunun qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Trend-in məlumatına görə, tədbirin təşkilatçısı ASEP (AZFAR SPORT EVENTS & PROMOTION) şirkətidir.

Keçiriləcək püşkatma nəticəsində, 32 komanda 8 qrupa bölünəcək. Qeyd edək ki, qrup mərhələsində hər bir komanda 3 oyun keçirəcək. Qrup mərhələsinin nəticələrinə görə, pley-off mərhələsində püşkatma nəticəsində bütün komandalar, görüşlərini genişlənmiş olimpiya sistemi üzrə davam edəcəklər. Qrup mərhələsində keçirilən oyunların nəticəsindən asılı olmayaraq, komandalar çempionatın ümumi cədvəlində yer qazanmaq və reytinq cədvəlindəki mövqelərini yüksəltmək uğrunda mübarizə aparacaqlar.

Çempionatın rəsmi saytında www.abl.az, püşkatma mərasiminin nəticələri online izləmək imkanı olacaqdır. Növbəti gün qrup mərhələsinin oyunlarının təqvimi saytda artıq dərc olunacaq.

Biznes-liqanın Yaz kubokunun qrup mərhələsinin oyunları 7 aprel tarixində başlayacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti