...

Azərbaycan gimnastı "AGF Junior Trophy"də lentlə hərəkətlərdə qızıl medal qazanıb

İdman Materials 24 Aprel 2018 14:29 (UTC +04:00)
Azərbaycan gimnastı Arzu Cəlilova gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirdə lentlə hərəkətlərdə qızıl medal qazanıb.
Azərbaycan gimnastı "AGF Junior Trophy"də lentlə hərəkətlərdə qızıl medal qazanıb

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan gimnastı Arzu Cəlilova gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirdə lentlə hərəkətlərdə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, idmançı 15,850 xal toplayıb.

Bu növdə gümüş medalı Rusiya təmsilçisi Lala Kramarenko (15,700 xal), bürünc medalı isə Bolqarıstan gimnastı Tatyana Volojanina (15,6000 xal) qazanıb.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirin fərdi yarışlarına start verilib.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda yarışırlar.

Gənc idmançılar bu turnirdə yalnız fərdi çıxış proqramı üzrə öz qüvvələrini sınayırlar. Bu gün ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşəcək.

Turnirdə 18 ölkənin təmsilçiləri iştirak edir.

Bu turnirdən dərhal sonra eyni məkanda bədii gimnastika üzrə Dünya Kuboku baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti