...

Bakıda Formula 2 pilotlarının təsnifat mərhələsi başa çatdı - NƏTİCƏLƏR (YENİLƏNİB)

İdman Materials 27 Aprel 2018 15:57 (UTC +04:00)
Bakıda FIA Formula 2 sinfində avtoyürüşün təsnifat sessiyası başlayıb.
Bakıda Formula 2 pilotlarının təsnifat mərhələsi başa çatdı - NƏTİCƏLƏR (YENİLƏNİB)

İlk xəbər saat 15:01-də yayılıb

Bakı. Elçin Mehdiyev, Azad Həsənli - Trend:

FİA Formula 2 sinfindəki avtoyürüşlərin təsnifat mərhələsi başa çatıb.

Trend-in məlumatına görə, yarışda “DAMS” komandasının taylandlı pilotu Aleksandr Albon 1:54:480 nəticə ilə hamını qabaqlayaraq birinci olub.

İkinci yerdə finiş xəttinə 1:54:694 “Carlin” komandasından böyük britaniyalı Lando Noris çatıb. Üçüncü yeri 1:54:842 nəticə ilə ondan azca geri qalan “ART Grand Prix”dən böyük britaniyalı Corc Rassel tutub.

1.

Albon A.

DAMS

1:54.480

9

2.

Norris L.

Carlin

+0.214

8

3.

Russell G.

ART Grand Prix

+0.362

10

4.

Ghiotto L.

Campos Vexatec Racing

+0.500

10

5.

Ferrucci S.

Trident

+0.720

9

6.

Camara S. S.

Carlin

+0.732

9

7.

Aitken J.

ART Grand Prix

+0.756

9

8.

Maini A.

Trident

+0.994

9

9.

de Vries N.

Pertamina Prema Theodore

+1.248

9

10.

Boschung R.

MP Motorsport

+1.281

9

11.

Gunther M.

BWT Arden

+1.490

9

12.

Makino T.

Russian Time

+1.659

8

13.

Merhi R.

MP Motorsport

+2.052

9

14.

Fuoco A.

Charouz Racing System

+2.610

9

15.

Deletraz L.

Charouz Racing System

+2.625

9

16.

Fukuzumi N.

BWT Arden

+2.871

9

17.

Gelael S.

Pertamina Prema Theodore

+3.028

10

18.

Markelov A.

Russian Time

+3.124

9

19.

Nissany R.

Campos Vexatec Racing

+7.422

5

20.

Latifi N.

DAMS

+8.490

8

X X X

15:01

Bakıda FIA Formula 2 sinfində avtoyürüşün təsnifat sessiyası başlayıb.

Trend-in məlumatına görə, yürüşdə 10 komandadan 20 pilot iştirak edir.

Formula bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Qeyd edək ki, Bakıda 2018 Formula 1 dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran Prisi başlayıb.

Aprelin 28-də Formula 1 sinfində üçüncü sərbəst yürüş və təsnifat mərhələsi, Formula 2-də isə birinci yarış keçiriləcək.

Üçüncü gün, aprelin 29-u Azərbaycan Qran Prisinin qalibi müəyyənləşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti