...

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun sonuncu yarış günü başladı (FOTO)

İdman Materials 29 Aprel 2018 12:22 (UTC +04:00)
Aprelin 29-da Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü yarış günü başlayıb.
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun sonuncu yarış günü başladı (FOTO)

Bakı. Trend:

Aprelin 29-da Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun üçüncü yarış günü başlayıb.

Trend-in məlumatına görə, yarışın sonuncu günündə final mərhələsində ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası ayrı-ayrı alətlər üzrə birincilik uğrunda mübarizə aparacaqlar.

Azərbaycanın qrup hərəkətləri proqramı üzrə finalda Ayşən Bayramova, Diana Doman, Zeynəb Hümmətova, Aliyə Paşayeva və Siana Vasileva təmsil edir.

Turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edir.

Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti