...

Yaz kubokunda pley-off mərhələsinin püşkü atılıb (FOTO)

İdman Materials 4 May 2018 16:25 (UTC +04:00)
“Pullman Baku” otelində ABL Yaz Kuboku 2017/18 mini-futbol turnirinin yaz mövsümündə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.
Yaz kubokunda pley-off mərhələsinin püşkü atılıb (FOTO)

Bakı. Trend:

“Pullman Baku” otelində ABL Yaz Kuboku 2017/18 mini-futbol turnirinin yaz mövsümündə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə təşkilatçı ASEP şirkətinin rəsmiləri və komandaların nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Sənan Şəfizadə açıb və sözü yarışların keçirilməsi üzrə texniki nümayəndə Tərlan Məmmədova verib. T.Məmmədov püşkatmanın keçirilmə qaydaları haqqında məlumat verib və bildirib ki, turnirin reqlamentinə əsasən eyni qrupda mübarizə aparan komandalar növbəti mərhələdə bir-birləri ilə qarşılaşa bilməzlər. Həyəcanla izlənilən püşkatmanı layihənin koordinatoru Əli Muradov keçirib.

Beləliklə, qruplarda 1-ci yerləri tutan komandalar növbəti mərhələdə qruplarda 2-ci yerləri tutan komandalarla qarşılaşacaqlar və kubok uğrunda mübarizə aparacaqlar. Qruplarda 3-cü və 4-cü yerləri tutan klomandalar isə bir-birləri ilə oynayacaq və 17-32-ci yerlər uğrunda, yəni prestij xalları uğrunda mübarizəsi aparacaqlar.

17-32-ci yerlər uğrunda matçlar şənbə günü, 1-16-ci yerlər uğrunda matçlar isə bazar günü oynanılacaq.

Püşkatma mərasimindən görüntülər bu gün saat 21:00-da ATV kanalının efirində izləyicilərə təqdim olunacaq.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti