...

Azərbaycan yığması səfərdə Latviya komandasını məğlub etdi (VİDEO)

İdman Materials 9 İyun 2018 20:54 (UTC +04:00)
Futbol üzrə Azərbaycan milli komandası Latviya yığması üzərində səfərdə böyük hesablı qələbə qazanıb.
Azərbaycan yığması səfərdə Latviya komandasını məğlub etdi (VİDEO)

Bakı. Trend:

Futbol üzrə Azərbaycan milli komandası Latviya yığması üzərində səfərdə böyük hesablı qələbə qazanıb.

Trend-in məlumatına görə, oyun UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində keçirilib və yoldaşlıq xarakteri daşıyıb.

Oyun millimizin 1:3 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda hesabı 20-ci dəqiqədə Maksim Medvedev açıb. İkinci qolu futbolçumuz Cavid İmamverdiyev vurub. Millimizin son qolunu isə uzaq məsadəfən zərbə ilə fərqlənən Emin Maxmudov vurub.

Oyunun son qolunu meydan sahiblərinin futbolçusu Roberts Uldrikis vurub - 1:3.

https://cdn.trend.az/media/pictures/2018/06/09/video_latvia_azerbaijan_09062018.mp4

Məqalədə:
Xəbər lenti

Xəbər lenti