...

"Neftçi"nin baş məşqçisi püşkatmanı dəyərləndirdi: Rəqib kifayət qədər güclüdür

İdman Materials 20 İyun 2018 14:53 (UTC +04:00)
"Neftçi"nin baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının ilk təsnifət mərhələsinin püşkünü dəyərləndirib.
"Neftçi"nin baş məşqçisi püşkatmanı dəyərləndirdi: Rəqib kifayət qədər güclüdür

Bakı. Trend:

"Neftçi"nin baş məşqçisi Roberto Bordin UEFA Avropa Liqasının ilk təsnifət mərhələsinin püşkünü dəyərləndirib.

Trend-in məlumatına görə, italyan mütəxəssis Macarıstanın "Uypeşt” komandasının kifayət qədər güclü kollektiv olduğunu deyib:

"Rəqib xüsusilə fiziki baxımdan güclüdür. Amma bizim qarşımızda böyük məqsədlər var. Çalışacağıq ki, oyuna qədər komandanı fiziki cəhətdən maksimal vəziyyətə gətirib bu dueldən qalib çıxaq".

Qeyd edək ki, UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkatmasının nəticəsinə əsasən Azərbaycan kubokunun sahibi "Keşlə" bu mərhələdə "Baltsan" (Malta) komandası ilə qarşılaşacaq. Azərbaycan çempionatının gümüş mükafatçı "Qəbələ" Lüksemburqun "Proqres" (Niderkorn), çempionatı 3-cü yerdə başa vurmuş "Neftçi" isə "Uypeşt" (Macarıstan) klubu ilə üz-üzə gələcək.

"Keşlə" və "Qəbələ" ilk oyununu səfərdə, "Neftçi" isə evdə keçirəcək.

I təsnifat mərhələsinin ilk oyunları iyulun 12-də, cavab qarşılaşmaları isə iyulun 19-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti