...

İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatında qaliblər mükafatlandırılıb (FOTO)

İdman Materials 29 İyun 2018 16:27 (UTC +04:00)
Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə 25-ci Azərbaycan birinciliyi və Bakı çempionatında birinci qrupun qalibləri mükafatlandırılıb.
İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatında  qaliblər mükafatlandırılıb (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Bakıda Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə 25-ci Azərbaycan birinciliyi və Bakı çempionatında birinci qrupun qalibləri mükafatlandırılıb.

Trend-in məlumatına görə, kişilər arasında birinci qrupda böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, qadınlar arasında isə böyüklər kateqoriyasında yarışlar keçirilib.

Kişilər arasında uşaqlar kateqoriyasında birinci yeri Şamxal Əhmədov, ikinci yeri Riad Səfərov, üçüncü yeri Fərhad Şepelev tutub.

Yeniyetmələr kateqoriyasında Ramin Dəmirov qızıl medal, Anar Həsənov gümüş, Aydın Əlizadə bürünc medal qazanıb.

Gənclər arasında birinci yeri Səməd Məmmədli tutub, bu kateqoriyada onun tək rəqibi Mənsum Səfərov gümüş medal qazanıb.

Böyüklər arasında Dari Morozov Murad Ağarzayevi qabaqlayıb.

Qadınlar arasında böyüklər kateqoriyasında Samirə Qəhrəmanova birinci, Valeriya Şulyayeva ikinci olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti