...

"Qarabağ"ın finalı Bakıda keçiriləcək Avropa Liqasında rəqibləri məlumdur (YENİLƏNİB)

İdman Materials 31 Avqust 2018 15:48 (UTC +04:00)
Monako şəhərində UEFA Avropa Liqası turnirinin 2018/2019-cu il mövsümünün qrup mərhələsinin püşkü atılır.
"Qarabağ"ın finalı Bakıda keçiriləcək Avropa Liqasında rəqibləri məlumdur (YENİLƏNİB)

İlk xəbər saat 15:05-də yayılıb

Bakı. Trend:

Monako şəhərində UEFA Avropa Liqası turnirinin 2018/2019-cu il mövsümünün qrup mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, turnirin final oyununun ev sahibi şəhəri Bakını püşkatma mərasimində AFFA-nın baş katibi Elxan Məmmədov və qarşılaşmanın səfiri Vəli Qasımov təmsil edib.

Azərbaycanın turnirdə yeganə təmsilçisi "Qarabağ" E qrupunda “Arsenal”, “Sportinq” və “Vorskla” klubları ilə qarşılaşacaq.

Püşkün nəticəsi:

A qrupu

“Bayer” (Almaniya)
“Ludoqorets” (Bolqarıstan)
“Sürix” (İsveçrə)
“AEK Larnaka” (Kipr)

B qrupu

“Zalsburq” (Avstriya)
“Seltik” (Şotlandiya)
“Leypsiq” (Almaniya)
“Rosenborq” (Norveç)

C qrupu

“Zenit” (Rusiya)
“Kopenhagen” (Danimarka)
“Bordo” (Fransa)
“Slaviya” (Çexiya)

D qrupu

“Anderlext” (Belçika)
“Fənərbağça” (Türkiyə)
“Dinamo” (Zaqreb, Xorvatiya)
“Spartak” (Trnava, Slovakiya)

E qrupu

“Arsenal” (İngiltərə)
“Sportinq” (Portuqaliya)
“QARABAĞ” (AZƏRBAYCAN)
“Vorskla” (Ukrayna)

F qrupu

“Olimpiakos” (Yunanıstan)
“Milan” (İtaliya)
“Betis” (İspaniya)
“Düdelanj” (Lüksemburq)

G qrupu

“Vilyareal” (İspaniya)
“Rapid” (Avstriya)
“Spartak” (Rusiya)
“Reyncers” (Şotlandiya)

H qrupu

“Latsio” (İtaliya)
“Marsel” (Fransa)
“Ayntraxt” (Almaniya)
“Apollon” (Kipr)

I qrupu

“Beşiktaş” (Türkiyə)
“Genk” (Belçika)
“Malmö” (İsveç)
“Sarpsborq” (Norveç)

J qrupu

“Sevilya” (İspaniya)
“Krasnodar” (Rusiya)
“Standard” (Belçika)
“Akhisarspor” (Türkiyə)

K qrupu

“Dinamo” (Ukrayna, Kiyev)
“Astana” (Qazaxıstan)
“Ren” (Fransa)
“Yabloneç” (Çexiya)

L qrupu

“Çelsi” (İngiltərə)
PAOK (Yunanıstan)
BATE (Belarus)
“Vidi” (Macarıstan)

Final qarşılaşması 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti