Bakı. Samir Əli - Trend:
UEFA Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində Bakıda keçiriləcək "Qarabağ" - "Arsenal" (İngiltərə) oyununa artıq 55 min bilet satılıb.
Trend-in məlumatına görə, oktyabrın 4-ü Bakı Olimpiya Stadionunda baş tutacaq matçın biletləri sentyabrın 20-dən satışa çıxarılıb. Biletlərin qiymətləri 2 AZN, 5 AZN, 15 AZN, 20 AZN və 50 AZN-dir.
Stadionun qapıları oyunun başlama saatından (20:55) 3 saat öncə açılacaq.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunun tutumu 68 700 yer təşkil edir.
Xatırladaq ki, "Qarabağ" ilk oyunda səfərdə "Sportinq" (Portuqaliya) klubuna 0:2 hesabı ilə məğlub olmuşdu.