Bakı. Tural Turan - Trend:
Avro-2020-nin seçmə mərhələsinin E qrupunda mübarizə aparacaq Azərbaycan milli komandasının oyunlarının təqvimini məlum olub.
Trend-in məlumatına görə, milli komanda ilk oyununu səfərdə Xorvatiyaya qarşı, son oyununu isə səfərdə Slovakiya ilə mübarizə aparacaq.
Oyunların təqvimi:
21 mart - Xorvatiya - Azərbaycan
8 iyun - Azərbaycan - Macarıstan
11 iyun - Azərbaycan - Slovakiya
6 sentyabr - Uels - Azərbaycan
9 sentyabr - Azərbaycan - Xorvatiya
13 oktyabr - Macarıstan - Azərbaycan
16 noyabr - Azərbaycan - Uels
19 noyabr - Slovakiya - Azərbaycan