...

2018-ci ildə yüksək nəticə qazanmış idmançı və məşqçilərin təltif olunma mərasimi keçirilib (FOTO)

İdman Materials 20 Dekabr 2018 16:08 (UTC +04:00)
“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında 2018-ci ildə yüksək nəticə qazanmış idmançıların və məşqçilərin təltif olunma mərasimi keçirilib.
2018-ci ildə yüksək nəticə qazanmış idmançı və məşqçilərin təltif olunma mərasimi keçirilib (FOTO)

Bakı. Trend:

“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında 2018-ci ildə yüksək nəticə qazanmış idmançıların və məşqçilərin təltif olunma mərasimi keçirilib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, mərasimdə Təhsil Nazirliyinin Məktəbdənkənar Fəaliyyətin Təşkili Şöbəsinin müdiri Vasif Məmmədov, idman içtimayyətinin nümayəndələri və mediya qrumları iştirak edib.

Mərasimi giriş sözü ilə açan “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov mərkəzin 2018-ci ildə ümumi fəaliyyəti ilə bağlı məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

N.Lahıcov bildirib ki, 2018-ci ildə də “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən uşaq, yeniyetmə və gənclərin idmana cəlb olunmasında, bədən tərbiyəsi və idmanın təbliğ edilməsində, dərəcəli idmançıların hazırlanmasında, idman növlləri üzrə milli yığma komandalara ehtiyat qüvvələrin yetişdirilməsində, kütləvi tədbirlərin təşkili və keçirilməsində, idman-şahmat məktəblərinin işinin əlaqələləndirilməsi və onların səmərəli fəaliyyətinin təmin edilməsi istiqamətlərində məqsədyönlü fəaliyyət həyata keçirilib.

İdman növləri üzrə mərkəzin və struktur bölmələrinin idman növləri üzrə yığma komandalarına perespektivli idmançıların cəlb edilməsinin, həmin komndaların lazımi səviyyədə hazırlanmasının, respublika və beynəlxalq yarışlarda iştiraklarının təmin olunmasının nəticəsi olaraq 2018-ci ildə də yüksək nəticələr əldə edilib.

Mərkəz və struktur bölmələrinin idmançıları 2018-ci ildə respublika yarışlarında 1181 medal əldə etmişlər ki,onlardanda 390-ü qızıl,340-ı gümüş, 451-i isə bürünc olub. Beynəlxalq yarışlarda qazanılan medalların sayı 439 olmuşdur ki, onlardan da 154-ü qızıl, 130-u gümüş, 155-i isə bürünc medallardır.

Göstərilən yüksək nəticələrə görə mərkəzin struktur bölmələri üzrə 5 məşqçi-müəllim dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev tərəfindən Bakı şəhərində mənzillə, bir nəfər Olimpiya medalı ilə təltif edilib.

Bundan əlavə bir nəfər Azərbaycan Respublikasının Qabaqcıl Təhsil İşçisi döş nişanı, bir nəfər Azərbaycan Respublikası Təhsil Nazirliyinin fəxri fərmanı, bir nəfər Fəxri Bədən Tərbiyəsi və İdman işçisi adları ilə təltif edilib.

Eyni zamnda 10 nəfər məşqçi-müəllim Azərbaycan Respublikasının Əməkdar məşqçisi adına layiq görülüb.

“Argentina Respublikasının Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” və "Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidentinin Sərəncamı"na əsasən idmançılar və onların məşqçi-müəllimləri mükafatlandırılıb. Həmin idmançılardan 3-ü Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən UGİŞM-nin yetirmələridir.

Mərkəz tərəfindən 2018-ci ildə ümumilikdə müxtəlif idman növləri üzrə 15 respublika yarışları keçirilib. Həmin yarışlarda idman-şahmat məktəblərinin idmançıları ilə yanaşı idman cəmiyyətlərinin, idman kulublarının da idmançıları mübarizə aparıb.

Mərkəz eyni zamanda 2018-ci ildə məktəblilər arasında kütləvi idman tədbirlərinin təşkili və keçirilməsini həyata keçirib. Belə ki,Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə 5-9 iyun tarixlərində Bakıda keçirilmiş BMX üzrə dünya çempionatına dəstək məqsədilə məktəblilər arasında ümumrespublika velosiped yarışları yüksək səviyyədə keçirilişdir. Həmin kütləvi idman tədbirində ümumilikdə 570 məktəb komandası olmaqla 4000-ə yaxın məktəbli iştirak etmişdir.

2018-ci ildə həmçinin Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Azərbaycan Məktəb İdmanları Federasiyasının dəstəyi ilə voleybol və basketbol idman növləri üzrə məktəblilər arasında respublika birinciliyi keçirilib. Dörd mərhələ üzrə keçirilən birincilikdə respublikanın 3600-ə yaxın ümumtəhsil məktəbindən 40 mindən çox məktəbli iştirak edib.

26 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikası Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilən şahmat, atletika, voleybol, basketbol idman növləri üzrə Məktəblər arasında respublika çempionatının təşkili və keçirilməsində mərkəz və struktur bölmələrinin əməkdaşları əsas rol oynayır. Həmin çempionatda 2397 məktəb olmaqla 200 000-nə yaxın məktəbli mübarizəyə qoşulmuşdur.Və hal-hazırda həmin çempioanatın zona yarışları uğurla davam edir.

Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd idman növlərini məktəblilər arasında təbliğ etmək,onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir.

Mərəkəz tərəfindən futbol və basketbol idman növlərinin inkişaf etdirilməsi üçün yeni lahiyələr həyata keçirilib.

Belə ki, futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılması məqsədilə mərkəz tərəfindən respublika üzrə ilk dəfə olaraq 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında “Təhsil Liqası” təşkil edilmiş və 2018-2019-cu il mövsümü üzrə də yarışlar uğurla davam etməkdədir.

Eyni zamanda “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyasının dəstəyi ilə 13 yaşadək (U-13) və 15 yaşadək (U-15) basketbolçulardan ibarət komandalar arasında “Təhsil Liqaları” təşkil edilmiş və 2018-2019-cu il mövsümü üzrə yarışların davam etdirilməsi təmin edilmişdir.

2018-2019-cu tədris ili üzrə mərkəz tərəfindən idman-şahmat məktəblərinin tədris qruplarının komplektləşdirilməsinin mövcud əsasnamə tələblərinə uyğun təşkil ediməsi həyata keçirilmişdir. Mərkəzin tabeliyində fəaliyyət göstərən 8 Olimpiya Ehtiyatlarl Statuslu məktəblərdə bölmələr üzrə tələb olunan sayda qruplar təsdiq edilmiş, növbəti tədris ili üzrə də məktəblərdə həmin statusun tələb normaları yerinə yetirilmişdir.

Eyni zamanda mərkəzin Sumqayıt şəhər 1 nömrəli UGİŞM-nin idman bölmələri üzrə yüksək nəticə əldə edilərək, İdman Təkminləşdirmə qrupların dərəcə tələb normaları yerinə yetirilmiş və məktəbə Olmpiya Ehtiyatları Statusu verilmişdir.Bununlada mərkəzin tabeliyində olan Olmpiya Ehtiyatları statuslu məktəblərin sayı 9-a çatmışdır.

N.Lahıcov qeyd etmişdir ki, idmançılarımızın il-ildən yüksək nəticələr əldə etməsi bir daha sübut edir ki, ölkə başçımız, Milli Olimpiya Komiəsinin Prezidenti İlham Əliyevin tərəfindən Azərbaycanda idmana böyük diqqət və qayğı göstərilir. Və hər bir idman işçisinin borcudur ki,vicdanla və səmərəli fəaliyyəti ilə bu etimadı döğrultsun.”

Daha sonra isə təltif olunma mərasiminə başlanılıb. Təltif olunma mərasimində Təhsil Nazirliyinin tabeliyində olan uşaq-gənclər idman məktəblərinin yüksək nəticə göstərmiş 24 idmançısı, bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyət göstərmiş, yüksək nəticəli idmançı hazırlamış 34 məşqçi-müəllim, kütləvi idman tədbirlərinin təşkili və keçirilməsinəd səmərəli fəaliyyət göstərmiş “Təhsil” Respublika İdman Mərkəzinin 6 əməkdaşı, tədris-məşq prosesinin təşkilində fəqrlənən iki məktəb direktoru və mediya nümayəndələri təltif edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti