...

Azərbaycan alpinistləri Akonkaqua zirvəsində (FOTO)

İdman Materials 11 Fevral 2019 15:08 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanın 3 alpinisti Argentinanın ən yüksək nöqtəsi olan Akonkaqua zirvəsinə yürüşü uğurla başa vurublar.

Trend-in məlumatına görə, alpinistlərimiz Turan Əhmədov, Baba Ağayev və Rasim Ağazadə 9 günə zirvəyə çata biliblər.

Hava şəraitinin kəskin dəyişməsi səbəbindən idmançıların 15 günlük normal akklimatizasiya proqramı 9 günə düşüb.

Qeyd edək ki, dəniz səviyyəsindən 6962 m hündürlükdə yerləşən Akonkaqua Qərb və Cənub yarımkürələrinin, And dağlarının ən yüksək zirvəsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti