...

Avropa Liqasında da 1/4 finalın püşkü atıldı: "Napoli" - "Arsenal"...

İdman Materials 15 Mart 2019 16:25 (UTC +04:00)
UEFA Avropa Liqasının 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.
Avropa Liqasında da 1/4 finalın püşkü atıldı: "Napoli" - "Arsenal"...

Bakı. Trend:

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb.

Trend-in məlumatına görə, püşkün nəticəsinə əsasən 1/4 finala vəsiqə qazanan komandalar həm bu mərhələdə, həm də yarımfinalda rəqiblərini tanıyıblar.

Püşkün nəticəsi:

1/4 final

"Napoli" (İtaliya) - "Arsenal" (İngiltərə)
"Vilyarreal" (İspaniya) - "Valensiya" (İspaniya)
"Benfika" (Portuqaliya) - "Ayntraxt" (Almaniya)
"Slaviya" (Çexiya) - "Çelsi" (İngiltərə)

1/2 final

"Napoli" - "Arsenal" – "Vilyarreal" - "Valensiya"
"Benfika" - "Ayntraxt" – "Slaviya" - "Çelsi"

1/4 final mərhələsinin oyunları 11-18 aprel, yarımfinalın görüşləri isə 2-9 may tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti