...

Valentina Matviyenko bədii gimnastika üzrə milli komandamızla görüşüb (FOTO)

İdman Materials 12 Aprel 2019 17:42 (UTC +04:00)
Valentina Matviyenko bədii gimnastika üzrə milli komandamızla görüşüb.
Valentina Matviyenko bədii gimnastika üzrə milli komandamızla görüşüb (FOTO)

Bakı. Trend:

Bu gün Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Milli Gimnastika Arenasında qonaq olub.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Bakıya rəsmi səfəri çərçivəsində bədii gimnastika üzrə milli komandamızın üzvləri ilə görüşən xanım V.Matviyenko başçılıq etdiyi nümayəndə heyəti ilə bərabər gimnastlarımızın çıxışlarını da izləyib.

Sonda V.Matviyenko milli komandanın üzvləri ilə xatirə şəkli çəkdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti