...

Türkiyəli idmançı: Bakıda Milli Gİmnastika Arenası möhtəşəmdir

İdman Materials 26 May 2019 02:45 (UTC +04:00)
Bakıda Milli Gİmnastika Arenası möhtəşəmdir
Türkiyəli idmançı: Bakıda Milli Gİmnastika Arenası möhtəşəmdir

Bakı. Cani Babayeva - Trend:

Bakıda Milli Gİmnastika Arenası möhtəşəmdir. Bunu Trend-ə aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının iştirakçısı Türkiyəli gimnast Emir Erişik deyib.

E.Erişik bildirib: "Avropa Çempionatı çox gözəl təşkil edilib, yarışlar yüksək səviyyədə keçirilir. Məən Bakıya ilk dəfədir gəlirəm, lakin düşünürəm ki, bundan sonra daha çox gələcəyəm. Bakıdakı insanlardan xoşum gəldi, onlar çox səmimidirlər".

Türkiyəli gimnast fərdi proqramda öz çıxışından razı qaldığnı qeyd edib.

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.

Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.

Xəbər lenti

Xəbər lenti