...

Azərbaycan boksçusu Minskdə ermənistanlı rəqibi üzərində qələbə qazanıb

İdman Materials 22 İyun 2019 16:00 (UTC +04:00)

Bakı. Trend:

Belarusda keçirilən II Avropa Oyunlarının boks yarışlarında ikinci günün döyüşlərinə start verilib. Bu gün Azərbaycan yığmasının daha bir boksçusu mübarizəyə başlayıb.

Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, Rio Olimpiadasının gümüş medalçısı Lorenzo Sotomayor (69 kq) 1/16 final görüşünü keçirib. O, Qurqen Madoyanla (Ermənistan) üz-üzə gəlib. Boksçumuz erməni rəqibi üzərində inamlı qələbə qazanıb – 5:0.

Qeyd edək ki, L.Sotomayor 1/8 finalda Maqomed Şaçidova (Almaniya) 3:2 hesabı ilə qalib gələn Adem Fetahoviçlə (Bosniya və Herseqovina) görüşəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti