...

Daha bir güləşçimiz "Minsk-2019"un 1/4 final mərhələsinə yüksəldi

İdman Materials 26 İyun 2019 13:37 (UTC +04:00)
Nurməhəmməd Hacıyev II Avropa Oyunlarının 1/8 final görüşündə qalib gəlib
Daha bir güləşçimiz "Minsk-2019"un 1/4 final mərhələsinə yüksəldi

Bakı. Trend:

Nurməhəmməd Hacıyev II Avropa Oyunlarının 1/8 final görüşündə qalib gəlib.

Trend-in məlumatına görə, Azərbaycan güləşçisi Minskdə keçirilən II Avropa Oyunlarının 1/8 final qarşılaşmasında Polşa təmsilçisi Radoslav Baranı 8:0 hesabı ilə məğlub edib.

O, bu qalibiyyəti ilə 1/4 final mərhələsinə yüksəlib.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev də 1/8 final görüşündə Ermənistan təmsilçisi Volodya Franqulyanı 6:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə keçid alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti