...

"Qarabağ"ın Avropa Liqasındakı rəqibləri müəyyənləşdi

İdman Materials 30 Avqust 2019 15:50 (UTC +04:00)
Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilir.
"Qarabağ"ın Avropa Liqasındakı rəqibləri müəyyənləşdi

Bakı. Ceyhun Ələkbərov - Trend:

Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilir.

Trend-in məlumatına görə, Monakoda keçirilən tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb.

Mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibləri məlum olub. Püşkatmadan öncə komandalar reytinqinə görə səbətlərə bölünüb. "Qarabağ" əmsalına əsasən 3-cü səbətə düşüb. Ümumilikdə püşkatma nəticəsində 12 qrupun tərkibi müəyyənləşəcək.

Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.

A qrupunda Azərbaycanın "Qarabağ" futbol klubu ilə yanaşı "Sevilya" (İspaniya), APOEL (Kipr), "Düdelanj" (Lüksemburq) oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti