...

İtaliya gimnastı: Bakıda yarışların təşkili hər dəfə daha da yaxşılaşır

İdman Materials 16 Sentyabr 2019 21:02 (UTC +04:00)
Son aylarda bu yarışlara çox ciddi hazırlaşmışam
İtaliya gimnastı: Bakıda yarışların təşkili hər dəfə daha da yaxşılaşır

Bakı. Cani Babayeva - Trend:

Son aylarda bu yarışlara çox ciddi hazırlaşmışam.

Bunu Trend-ə İtaliya gimnastı Milena Baldassarri dünya çempionatında təsnifat yarışlarında çıxışından sonra deyib.

O, yarışlardan qabaq həyəcanlandığını vurğulayıb:

“Amma özümü ələ ala bildim və proqramımı yaxşı icra etdim. Bütün bu aylar ərzində ciddi hazırlaşmışan və öz çıxışımdan razıyam. Nəzərə alsaq ki, bu çempionat lisenziya xarakteri daşıyır, gimnastların həyəcanlandığı görünür”.

İtaliyalı gimnast Bakıda birinci dəfə çıxış etmədiyini deyib:

“Zal mənə tanışdır, burada evdəki kimi rahat çıxış edirəm. Tamaşaçılar gözəldir, hər bir gimnastı yaxşı qarşılayır. Bakıda yarışların təşkili hər dəfə daha da yaxşılaşır”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) lisenziya əldə etmiş olacaqlar. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı 16-22 sentyabrda keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti