...

Rusiyalı tamaşaçı: Gimnastlara Bakıda çıxış etmək çox rahatdır

İdman Materials 19 Sentyabr 2019 19:55 (UTC +04:00)
Fikrimcə, bütün gimnastlara Bakıda çıxış etmək çox rahatdır
Rusiyalı tamaşaçı: Gimnastlara Bakıda çıxış etmək çox rahatdır

Bakı. Cani Babayeva - Trend:

Fikrimcə, bütün gimnastlara Bakıda çıxış etmək çox rahatdır.

Bunu Trend-ə bədii gimnastika üzrə dünya çempionatının rusiyalı tamaşaçısı Yuliya Pilyak deyib.

O, dünya çempionatını ilk dəfə izlədiyini deyib:

“Özüm gimnastika ilə 11 il məşğul olmuşam. İndi qızlarım bu idmanla məşğul olur. Onlar yarışları maraqla izləyir. Əlbəttə, gimnastlar həyəcanlanır və bu, çıxışlar zamanı özünü göstərir. Amma yarış yarışdır, hər bir halda ən güclü qalib gələcək”.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti