...

Milli Gimnastika Arenasında Aliyə Qarayeva ilə görüş keçirilib (FOTO)

İdman Materials 19 Sentyabr 2019 19:24 (UTC +04:00)
Milli Gimnastika Arenasında Aliyə Qarayeva ilə görüş keçirilib
Milli Gimnastika Arenasında Aliyə Qarayeva ilə görüş keçirilib (FOTO)

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatı çərçivəsində dəfələrlə dünya və Avropa çempionatlarının mükafatçısı Aliyə Qarayeva ilə görüş keçirilib.

Trend-in məlumatına görə, gənc idmançılar, onların valideynləri, eləcə də azarkeşlər gimnastla söhbət edib, xatirə şəkilləri çəkdirib.

A.Qarayeva iştirak etdiyi vacib yarışlar barədə danışıb, gənc gimnastlarla öz təcrübəsini bölüşüb.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

61 ölkədən 300-dən artıq gimnast çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Dünya çempionatı sentyabrın 22-dək davam edəcək.

.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti