Bakı. Cani Babayeva - Trend:
Müxtəlif ölkələrdən çoxsaylı tamaşaçı böyük maraq və həyəcanla Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının yarışlarını izləyir.
Trend-in məlumatına görə, gimnastlar parlaq və zərif çıxış edirlər. Dünyanın müxtəlif ölkələrindən Bakıya gələn tamaşaçılar gimnastların proqramlarını tribunadan həyəcanla izləyirlər.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.
Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").