Bakı. Trend:
“Mançester Yunayted” “Bayer”in yarımmüdadiəçisi Kay Havertsi almaqdan imtina edib.
Trend-in məlumatına görə, Havertsin müqabilində 100 milyon avro tələb edilir. Bu böyük məbləğə görə mançesterlilər danışıqları dayandırıb.
Haverts bu mövsüm ərzində bundesliqada keçirdiyi 14 görüşdə 2 qol və 1 məhsuldar ötürmə edib.
Heyətini gücləndirmək istəyən “qırmızı şeytanlar” “Tottenhem”dən Qarri Uinks və “Aston Villa”dan Cek Qrilişi də almağı planlaşdırır.