Bakı. Trend:
İsveçrə Futbol Federasiyasının prezidenti Dominik Blan koronavirusa yoluxub.
Trend-in məlumatına görə, 70 yaşlı prezident ilk olaraq boğaz ağrıları və öskürəkdən əziyyət çəkdiyinə görə həkimə müraciət edib.
Test nəticəsində onun infeksiyaya yoluxduğu məlum olub.
D.Blanın xəstələnməsindən sonra İsveçrə Futbol Assosasiyasının bütün əməkdaşları karantinə alınıb.