...

"Yuventus" oyunçularının koronavirusla bağlı testləri mənfi nəticə göstərib

İdman Materials 21 May 2020 23:47 (UTC +04:00)
İtaliyanın "Yuventus" futbolçularının koronavirusla bağlı apardığı bütün analizlər mənfi nəticə göstərdi
"Yuventus" oyunçularının koronavirusla bağlı testləri mənfi nəticə göstərib

Bakı. Trend:

İtaliyanın "Yuventus" klubunun futbolçularının koronavirusla bağlı keçdikləri bütün analizlərin nəticəsi mənfi çıxıb.

Trend-in məlumatına görə, bu barədə futbol klubunun mətbuat xidməti bildirib.

Bildirilib ki, mayın 20-də bütün komanda koronavirus ilə bağlı testlərdən keçib. Onların nəticələri neqativ çıxıb.

Bundan əvvəl, komanda bir neçə gün öz bazasında məşq edib. Bütün oyunçular sosial məsafəni qoruyaraq məşqlər keçiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti