...

“Fulhem” məğlub olsa da, finala çıxdı

İdman Materials 1 Avqust 2020 13:48 (UTC +04:00)
“Fulhem” məğlub olsa da, finala çıxdı

Bakı. Trend:

İngiltərə Premyer Liqasına vəsiqə uğrunda pley-offun digər komandası da məlum olub.

Trend-in məlumatına görə, ilk görüşdə 2 cavabsız qolla qalib gələn “Fulhem” bu dəfə “Koventri”ni öz meydanında qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən matçın ilk hissəsində hesab açılıb. 2 qol vurulub. Əvvəlcə qonaqlardan Körtis Nelson fərqlənib. Çox keçmədən meydan sahiblərindən Nesken Kebano tarazlığı bərpa edib.

Fasilədən sonra “Koventri” qələbə qolunu vurub. 1:2 hesabı ilə məğlub olmasına baxmayaraq, iki oyunun nəticəsinə görə finala yüksələn “Fulhem” həlledici görüşdə “Brentford”la qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti