...

PSJ "Leypsiq"i məğlub edərək ilk dəfə Çempionlar Liqasının finalına yüksəldi

İdman Materials 19 Avqust 2020 02:38 (UTC +04:00)

Bakı. Trend:

Fransanın "Pari Sen-Jermen" futbol klubu Lissabonda keçirilən Çempionlar Liqasının yarımfinal oyununda Almaniyanın "Leypsiq" komandasını 3:0 hesabı ilə məğlub edib.

Trend-in məlumatına görə, qolları Markinyos (13-cü dəqiqə), Anxel Di Maria (42) və Xuan Bernat (56) vurublar. Fransa klubu Çempionlar Liqasında ardıcıl vurulan ən çox qol (34) üzrə İspaniyanın "Real Madrid"in rekordunu yeniləyib. "Real" bu müvəffəqiyyətə 2014-cü ildə nail olmuşdur.

PSJ avqustun 23-də "Lion" (Fransa) - "Bavariya" (Almaniya) matçının qalibi ilə oynayacağı turnirin finalına çıxdı. Tarixdə ilk dəfə olaraq parislilər Çempionlar Liqasının (Avropa kuboku) finalında iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti