...

Futbolçu Tete "Lion"dan "Spartak"a keçə bilər

İdman Materials 25 Avqust 2020 04:02 (UTC +04:00)
Futbolçu Tete "Lion"dan "Spartak"a keçə bilər

Bakı. Trend:

Fransanın "Lion" klubunun hollandiyalı futbolçusu Kenni Tete karyerasını Moskvanın "Spartak"ında davam etdirə bilər.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, 24 yaşlı müdafiəçinin transferi ilə bağlı müqavilənin qısa müddətdə bağlanacağı gözlənilir. Transfer məbləği 5 milyon avro təşkil edir.

Kenni Tete 2017-ci ildən bəri "Lion"da oynayır. Keçən mövsüm klubda bütün yarışlarda 28 matç, o cümlədən UEFA Çempionlar Liqasının pley-off mərhələsində dörd oyun (hər dəfə əvəz edib), Hollandiya millisi üçün isə 11 oyun keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti