...

“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir İsmayıllıda keçirilib (FOTO)

İdman Materials 10 Sentyabr 2020 16:22 (UTC +04:00)
“Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir İsmayıllıda  keçirilib (FOTO)

Bakı. Trend:

AFFA-nın və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbir 10 sentyabr 2020-ci il tarixdə İsmayıllı rayonunda keçirilib.

Bu barədə Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev məlumat verib. Onun sözlərinə görə, bu layihə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2019-cu il tarixdə Azərbaycan Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxışı zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır:

"Bu layihə çərçivəsində keçirilən tədbirdə rayonun Hacıhətəmli və Mollaisaqlı kəndlərindən 50 məktəbli uşaq iştirak etmişdir. Tədbirdə iştirak edən uşaqlara futbola marağı artırmaq məqsədi ilə idman geyimləri və futbol topları verilmişdir. Gənc futbolçular bu idman növü üzrə öz bacarıqlarını nümayiş etdiriblər".

Qeyd edək ki, tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, 86 saylı İsmayıllı Seçki Dairəsindən Milli Məclisə seçilmiş deputat, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov, Milli Məclisin deputatı Sabir Hacıyev və İsmayıllı Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov iştirak ediblər.

Bu layihə üzrə tədbirlərin digər bölgələrdə də həyata keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti