Bakı. Trend:
İngiltərə Premyer Liqasının beşinci turunun oyununda "Totenhem" "Vest Hem" ilə qarşılaşmada mövsümün ən tez qolunu vurdu.
Trend Lenta.ru-ya istinadən xəbər verir ki, qolu 45-ci saniyədə komandanın hücumçusu Son Hin Min cərimə meydançasının kənarından aldadıcı zərbə ilə vurub. Xəbər yayımlandığı zaman matç davam edir, londonlular 3:0 hesabı ilə öndədilər. Sonun qolundan əlavə, "Totenhem" futbolçusu Harri Keyndə iki qol vurub.