...

Azərbaycanın iki cüdoçusu “World Masters” turnirinin gümüş medalını qazanıb

İdman Materials 13 Yanvar 2021 21:28 (UTC +04:00)
Azərbaycanın iki cüdoçusu “World Masters” turnirinin gümüş medalını qazanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

Qətərin paytaxtı Dohada keçirilən “World Masters” turnirində Azərbaycan cüdoçuları iki gümüş medal qazanıblar.

Trend xəbər verir ki, 78 kiloqram çəkidə mübarizə aparan cüdoçumuz İrina Kindzerska həlledici mərhələdə fransalı Romana Dikkoya məğlub olaraq ikinci yeri tutub. Komandamızın digər üzvü (100 kq) Zelim Kotsoyev də final mərhələsində rəqibinin öhdəsindən gələ bilməyib. Belə ki, gürcüstanlı Varlam Lipertalianiyə uduzan təmsilçimiz turnirin gümüş medalı ilə kifayətlənib.

Qeyd edək ki, “Tokio-2020”yə Olimpiya lisenziya xalları verən yarışda ölkəmizi 7 cüdoçu təmsil edib. Turnirdə 69 ölkədən 400-ə yaxın cüdoçu mübarizə aparıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti