...

Tokio-2020 Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışları start götürüb

İdman Materials 6 Avqust 2021 05:20 (UTC +04:00)
Tokio-2020 Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışları start götürüb

Bakı. Orxan Nəbiyev - Trend:

Tokio-2020 Yay Olimpiya Oyunları çərçivəsində bədii gimnastika üzrə yarışlara start verilib.

Trend-in məlumatına görə, bu gün fərdi proqramda çoxnövçülük üzrə təsnifat mərhələsi keçirilir.

Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova təmsil edir. Z.Ağamirova bu gün top, halqa, lent və gürzlərlə hərəkətlərdə çıxış edəcək.

Fərdi proqramda final mərhələsi avqustun 7-də keçiriləcək.

Azərbaycan bədii gimnastları, həmçinin avqustun 7-8-də qrup hərəkətlərdə çıxış edəcəklər. Ölkəni bu növdə Olimpiya oyunlarında Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Nərminə Səmədova və Darya Sorokina təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti