...

Vəziyyəti pisləşən Pele yarı intensiv terapiya şöbəsinə köçürülüb

İdman Materials 18 Sentyabr 2021 00:32 (UTC +04:00)

Bakı. Trend:

Futbol üzrə üçqat dünya çempionu braziliyalı Pele sağlamlığının pisləşməsi səbəbindən yarı intensiv terapiya şöbəsinə yerləşdirilib.

Trend-in məlumatına görə, bu barədə "UOL" portalı xəbər yayıb.

Məlumata əsasən, 80 yaşlı futbol kralının boğaz nahiyəsində problemlər aşkarlanıb. Fəsadların yüngül olduğu qeyd olunur, lakin eks-forvardın xüsusi qayğıya ehtiyacı olduğu bildirilir.

Xatırladaq ki, avqustun 30-da Pele San-Paulodakı özəl klinikaya yerləşdirilib. Daha sonra 80 yaşlı əfsanəvi futbolçu sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti