...

Milli Gimnastika Arenasında məşq etməyi çox sevirəm - Kosta-Rikalı gimnast (VİDEO)

İdman Materials 2 Oktyabr 2021 13:41 (UTC +04:00)
Milli Gimnastika Arenasında məşq etməyi çox sevirəm - Kosta-Rikalı gimnast (VİDEO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Milli Gimnastika Arenasında məşq etməyi çox sevirəm.

Trend-in Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən məlumatına görə, bunu təlim-məşq məqsədilə ölkəmizə səfər etmiş Kosta-Rikadan olan bədii gimnast Emma Munoz Benavides deyib.

Gimnast qeyd edib ki, bu, onun Bakıya ilk səfəridir:

"Bir neçə gün öncə biz şəhər turuna çıxmışdıq. Şəhər çox gözəldir. Həm şəhəri, həm insanlarını, ümumiyyətlə hər şeyi çox sevdim. Milli Gimnastika Arenasında məşq etməyi çox sevirəm. Bura çox gözəldir, burada yaradılmış şərait sadəcə inanılmazdır".

Kosta-Rikalı idmançı bildirib ki, növbəti il təşkil olunacaq Mərkəzi Amerika Oyunlarında iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti