...

Ferstappen "Formula-1" üzrə ABŞ Qran Prisinin təsnifatının qalibi olub

İdman Materials 24 Oktyabr 2021 03:21 (UTC +04:00)
Ferstappen "Formula-1" üzrə ABŞ Qran Prisinin təsnifatının qalibi olub

Bakı. Trend:

"Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen "Formula-1" üzrə ABŞ Qran Prisinin təsnifatının qalibi olub.

Trend-in məlumatına görə, təsnifatı ikinci pillədə "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton, üçüncü pillədə isə "Red Bull" komandasının meksikalı pilotu Serxio Peres başa vurublar.

Qeyd edək ki, Formula-1 üzrə ABŞ Qran Prisinin əsas yarışı oktyabrın 24-ü Bakı vaxtı ilə saat 22:45-də Ostində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti