...

Lyuis Hemilton Formula-1 üzrə Braziliya Qran Prisinin qalibi olub

İdman Materials 15 Noyabr 2021 01:25 (UTC +04:00)
Lyuis Hemilton Formula-1 üzrə Braziliya Qran Prisinin qalibi olub

Bakı. Trend:

"Mercedes" komandasından britaniyalı pilotu Lyuis Hemilton Formula-1 üzrə Braziliya Qran Prisinin qalibi olub.

Trend-in məlumatına görə, yeddiqat dünya çempionu 10-cu mövqedən start götürüb. Bu da əsas yarışdan əvvəlki təsnifat yarışları ilə bağlı qaydaların pozulmasının nəticəsi olub.

İkinci "Red Bull" komandasının təmsilçisi Niderlandlı Maks Verstappen, üçüncü isə Finlandiyalı Valtteri Bottas ("Mercedes") olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti