...

XI Çağırış Kubokunun Bakı seçim turu keçirilib (FOTO)

İdman Materials 7 Dekabr 2021 17:21 (UTC +04:00)
XI Çağırış Kubokunun Bakı seçim turu keçirilib (FOTO)

Bakı. Fərid Zöhrabov -Trend:

Azərbaycan Gənclər Fondunun dəstəyi və «Xəzər İntellektual Gənclər Klubu»-nun təşkilaçılığı ilə Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə XI Çağırış Kubokunun Bakı seçim turu keçirilib.

Trend xəbər verir ki,100-ə yaxın gəncin iştirak etdiyi oyunda gərgin mübarizə iki mərhələ olaraq təşkil edilib. Seçim turunda müxtəlif ali məktəblərin tələbələrindən ibarət komandalar yarışıb. Rəqiblərindən üstün oyun nümayiş etdirən «Nirvana», «Replicants», «Synaps» komandaları ilk üç yerin sahibi olub. Onlar ayın sonunda keçiriləcək final oyununa vəsiqə qazanıb.

XI Çağırış Kubokunun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellektual inkişafının təmin olunması və intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.Layihənin seçim turları bu ilin noyabr-dekabr ayları ərzində baş tutub. Seçim turlarında ən yaxşı nəticə göstərmiş komandalar Kubokun finalına vəsiqə qazanacaq. Kubokun final mərhələsi Bakıda təşkil olunacaq.

Turnirlə bağlı bütün suallara cavabları klubun sosial şəbəkə ünvanından https://www.facebook.com/Xazarigk əldə etmək olar.

İnformasiya dəstəyi- Trend.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti