...

Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyevaya gimnastika növlərinin inkişafında görülən işlərə görə öz minnətdarlığımı bildirirəm - Fərid Qayıbov

İdman Materials 10 Mart 2022 11:07 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyevaya gimnastika növlərinin inkişafında görülən işlərə görə öz minnətdarlığımı bildirirəm - Fərid Qayıbov

Bakı. Trend:

Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevaya gimnastika növlərinin inkişafında görülən işlərə görə öz minnətdarlığımı bildirirəm.

Trend-in məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov Akrobatika gimnastikası üzrə 28-ci Dünya Çempionatının açılış mərasimində deyib.

"Sizi, Gənclər və İdman Nazirliyi adından akrobatika gimnastikası üzrə 28-ci Dünya Çempionatında salamlayıram!

Azərbaycanda idman siyasəti dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilir. Müstəqil Azərbaycan tarixində ölkəmiz, xüsusi ilə paytaxtımız müxtəlif, idman növləri üzrə mötəbər yarışları təşkil etməsi ilə yadda qalıb. Gimnastika növləri üzrə yarışların keçirilməsi də artıq bir ənənəyə çevrilib.

Ötən illər ərzində, Bakı bədii gimnastika, aerobika gimnastikası və batut gimnastikası üzrə dünya çempionatlarına ev sahibliyi edib. Bu gün isə akrobatika gimnastikası üzrə dünya çempionatına start verilir.

Bu da Azərbaycan Gimnastika Federasiyasının beynəlxalq aləmdə fəal olmasından xəbər veirir. Burada mən Azərbaycan Gimnastika Federasiyasının Prezidenti Mehriban xanım Əliyevaya gimnastika növlərinin inkişafında görülən işlərə görə öz minnətdarlığımı bildirirəm.

Beynəlxalq Gimnastika Federasiyasının rəhbərliyi və nümayəndələrinə, Yerli Təşkilat Komitəsinin üzvlərinə, könüllülərə və əməyi olan hər kəsə bu yarışların yüksək səviyyəədə təşkil olunması üçün çəkdikləri zəhmətə görə təşəkkürümü bildirirəm!

Bu çempionatda iştirak edəcək bütün idmançılara uğurlar arzulayıram!", - F.Qayıbov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti