...

Luis Hamilton yeni soyadla yarışlarda çıxış etmək niyyətini açıqlayıb

İdman Materials 16 Mart 2022 03:48 (UTC +04:00)
Luis Hamilton yeni soyadla yarışlarda çıxış etmək niyyətini açıqlayıb

Bakı. Trend:

Formula 1 yarışları üzrə 7 qat dünya çempionu britaniyalı Lyuis Həmilton soyadını dəyişdirməyi düşünür.

Trend-in məlumatına görə, bu barədə "Racingnews365" xəbər verib.

İdmançının sözlərinə görə, o, indiki soyadına anasının qızlıq soyadını əlavə etmək istəyir:

"Ailəmin səkkizinci titulunu qazanması çox vacib olardı, mən öz soyadımla fəxr edirəm, Hamilton. Anamın soyadının Larbalest olduğunu bəlkə də heç biriniz bilmirsiniz. Və onun soyadını öz soyadıma əlavə etmək istəyirəm", - deyə o qeyd edib.

Onun sözlərinə görə, ad dəyişikliyi yaxın vaxtlarda baş verməyəcək, yəni britaniyalı idmançı yeni mövsüm çərçivəsində Formula1-in start mərhələsinə "Hamilton" soyadı ilə çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti