"Qarabağ" - "Ferentsvaroş" cütünün mətbuat konfransı və açıq məşqlərin vaxtı bilindi

İdman Materials 1 Avqust 2022 15:32 (UTC +04:00)
"Qarabağ" - "Ferentsvaroş" cütünün mətbuat konfransı və açıq məşqlərin vaxtı bilindi

Bakı. Trend:

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Ferentsvaroş” oyunundan öncə baş tutacaq mətbuat konfransı və media üçün açıq məşqlərin vaxtı məlum olub.

Trend xəbər verir ki, öncə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov media nümayəndələrinin suallarını cavablandırıb:

2 avqust

17:45 "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı
18:10 Media üçün açıq məşq (ilk 15 dəqiqəsi)
Məkan: "Azersun Arena"

2 avqust

19:15 "Ferentsvaroş"un baş məşqçisi Stanislav Çerçesovun mətbuat konfransı
20:00 Media üçün açıq məşq (ilk 15 dəqiqəsi)
Məkan: Tofiq Bəhramov adına Respublika stadionu

Qeyd: Oyunundan öncə və sonra mətbuat konfranslarında iştirak edəcək media nümayəndələrinin UEFA-nın tələbinə əsasən, FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir.

"Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 3-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti