...

Aİ-nin Azərbaycandakı səfiri “Qarabağ”ı ÇL-in pley-off mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib

İdman Materials 11 Avqust 2022 02:58 (UTC +04:00)
Aİ-nin Azərbaycandakı səfiri “Qarabağ”ı ÇL-in pley-off mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib

Trend-i buradan izləyin

Bakı. Trend:

Avropa İttifaqının Azərbaycandakı səfiri Peter Mixalko “Qarabağ” futbol klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.

Trend xəbər verir ki, səfir bu barədə özünün "Twitter" səhifəsində yazıb.

"Bir daha Azərbaycanın “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edirəm. Daha bir möhtəşəm futbol matçı!", - deyə P.Mixalko bildirib.

Xatırladaq ki, avqustun 9-da Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ” Macarıstanın “Ferentsvaroş” klubunu 3:1 hesabı ilə məğlub edib. İki oyunun nəticəsinə əsasən (Bakıdakı ilk oyun 1:1 hesabı ilə başa çatıb) “Qarabağ” pley-off mərhələsinə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti