Bakı. Trend:
Ukrayna futbol üzrə 2030-cu il dünya çempionatını qəbul etmək üçün müraciət edə bilər.
Trend-in məlumatına görə, bu barədə Britaniyanın "The Times" nəşri yazır.
Qeyd olunur ki, Ukrayna həmin turniri İspaniya və Portuqaliya ilə birgə təşkil etmək üçün namizədliyini irəli sürmək niyyətindədir.
Müvafiq təklifin oktyabrın 6-da UEFA-nın mənzil-qərargahında keçirilən mətbuat konfransında səsləndiriləcəyi gözlənilir. Məlumatlara əsasən, Ukrayna dünya çempinatının bir qrupunun matçlarını keçirə bilər.
Eyni zamanda, 2030-cu il dünya çempionatının keçirilməsi Səudiyyə Ərəbistanı, Misir və Yunanıstanın birgə namizədliyi nəzərdən keçirilir.
Qeyd edək ki, futbol üzrə dünya çempionatı bu il Qətərda, 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək.