...

Gimnastika Federasiyasının təşkilatçılığı ilə Bakıda Xüsusi Olimpiada üzrə məşqçilik və hakimlik kursları keçirilir (FOTO)

İdman Materials 14 Oktyabr 2022 17:35 (UTC +04:00)
Gimnastika Federasiyasının təşkilatçılığı ilə Bakıda Xüsusi Olimpiada üzrə məşqçilik və hakimlik kursları keçirilir (FOTO)

Bakı. Trend:

Oktyabrın 13-dən 16-dək Azərbaycan Gimnastika Federasiyasının (AGF) təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Xüsusi Olimpiada üzrə məşqçilik (bədii gimnastika və “Gimnastika hamı üçün”) və hakimlik (bədii gimnastika) kursları keçirilir.

Bu barədə Trend cümə günü məlumat verir.

Xüsusi Olimpiada əqli inkişafda pozuntular olan şəxslər üçün idman və istirahət tədbirləri və yarışlar təşkil edən qlobal hərəkatdır.

Bakı Milli Gimnastika Arenasında təşkil olunan nəzəri və praktiki məşğələləri bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim, Xüsusi Olimpiya Oyunları üzrə (bədii gimnastika və “Gimnastika hamı üçün”) mütəxəssis Sofiya Bura (Yunanıstan) aparır.

Sofiya Buranın sözlərinə görə, o, Azərbaycan Gimnastika Federasiyasının bu kursu keçirmək üçün ona müraciət etməsindən çox məmnun olub.

"Bu fürsətə görə Federasiyaya minnətdarlığımı bildirirəm. Xüsusi uşaqların sosiallaşması, uyğunlaşması çox vacib mövzudur. Bu məsələyə göstərilən diqqətə görə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbova və nazir müavini Mariana Vasilevaya təşəkkür etmək istəyirəm. Kurslarımızda doqquz məşqçi iştirak edir. Kursun iştirakçıları təhsil almaq, yeni təcrübə qazanmaq, bu sahədə biliklərini təkmilləşdirmək üçün böyük həvəs göstərirlər”, - yunanıstanlı mütəxəssis deyib.

Qeyd edək ki, kursun sonunda iştirakçılara diplomlar təqdim olunacaq.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti