...

Builki Formula 1 Azərbaycan Qran Prisini 60 milyona yaxın azarkeş izləyib

İdman Materials 18 Oktyabr 2022 12:38 (UTC +04:00)
Builki Formula 1 Azərbaycan Qran Prisini 60 milyona yaxın azarkeş izləyib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Formula One Management” 2022-ci il "Formula 1" üzrə Azərbaycan Qran Prisinin qlobal izləyici sayına dair hesabat təqdim edib.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Trend-ə verilən məlumata görə, paytaxtdakı yarışın qlobal auditoriyası 60 milyona yaxın olub və bir çox ölkələrdə izləyici sayı ötən illə müqayisədə artıb.

Yaponiya (116 faiz artım), Polşa (76 faiz artım), Kanada (34 faiz artım), Macarıstan (33 faiz artım), ABŞ (21 faiz artım) kimi ölkələr bu sıraya daxildir. Bu il Azərbaycan Qran Prisinin izləyici kütləsi arasında ilk üçlükdə İtaliya, Birləşmiş Krallıq və Niderland yer alıb. Qran Prini "Formula 1"in rəsmi veb səhifəsi və mobil tətbiqi vasitəsilə 8 milyondan çox unikal istifadəçi izləyib.

Bu rəqəm 2021-ci illə müqayisədə 9 faiz, 2019-cu illə müqayisədə 111 faiz artıb. Sosial media ("Facebook", "Instagram", "Twitter", "YouTube") izləyicilərinin sayı isə 116 faiz artmaqla yüksək həddə çatıb. Bundan əlavə, azarkeşlər arasında aparılan sorğuya əsasən, respondentlərin 74 faizi Azərbaycan Qran Prisinin davamlı keçirilməsinin tərəfdarıdır. Fanatların 73 faizi Bakı Şəhər Halqasının F1 yarışının təşkili üçün möhtəşəm yer olduğunu, 74 faizi onun ötmə manevri üçün ideal imkan yaratdığını qeyd edib.

Ümumilikdə respondentlərin 62 faizi Bakı yarışının "Formula 1" təqvimində ən sevimli yarışlardan biri olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti